Azərbaycanda vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələri artıq “mygov” platforması vasitəsilə ala biləcəklər.
Mynews.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər bu icazələr yalnız “Yolumuz Qarabağa” portalı üzərindən verilirdi. İstifadəçilər platformada “Nəqliyyat” kateqoriyasından “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidmətini seçərək, təyinat nöqtəsini və səfər tarixini müəyyənləşdirir, avtomobil və sərnişin məlumatlarını daxil edir.
Bu mərhələdə müraciət edən şəxsin FİN kodu üzrə adına qeydiyyatda avtomobil varsa, məlumatlar avtomatik olaraq ekranda görünür. Əgər yoxdursa, vətəndaş özü məlumatları əlavə edir. İstifadəçi bütün məlumatları əlavə etdikdən sonra birdəfəlik şifrə (OTP) ilə müraciətini təsdiqləyir. Vətəndaş aldığı icazəyə dair məlumatları “Tarixçə” bölməsindən izləyə və lazım gəldikdə icazəni ləğv edə bilər.
Səfər zamanı sürücü də daxil olmaqla 9 sərnişin iştirak edə bilər. Bununla yanaşı dövlət qeydiyyat nişanlı fərdi mink avtomobilinin əlavə olunması tələb olunur.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub