Bu il IV qrup üzrə imtahan verən 9 nəfər, III qrup üzrə imtahan verən 1 nəfər 600-dən yuxarı bal toplasa da, ali təhsil müəssisələrinə qəbul ola bilməyiblər.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib.
Onun sözlərinə görə, bəzən cəmiyyətdə həmin abituriyentlər seçimlərini doğru etmədikləri üçün qınanılırlar:
"Biz onların ərizələrinə baxanda konkret bir ixtisası istəyən abituriyentlər olduğunu görürük. Tutaq ki, tibbi ixtisasını istəyən şəxs yalnız həmin ixtisası qeyd edib və digər ixtisasları yazmayıb. DİM ixtisas seçimindən əvvəl müsabiqə vəziyyətini təhlil edib yayımlamışdı. Həmin abituriyentlər rəqib saylarına və plan yerlərinə baxıb təhlil aparmalı idilər".
DİM rəsmisi əlavə edib ki, bu kimi hallarda həmin şəxslərə hər hansı güzəşt tətbiq edilmir:
"Ya qalan boş plan yerlərində iştirak edə bilərlər, ya da yenidən növbəti ildə imtahan verə bilərlər".
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
515 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
461 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
456 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
442 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
425 dəfə oxunub