"Gedişhaqqı ilə bağlı məsələ daim müzakirə olunur, amma hazırda bu barədə rəsmi məlumat yoxdur".
Mynews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
Onun sözlərinə görə, bir çox ölkələrdə fərqli yanaşmalar var: "Məsələn, aylıq, bir səfərlik kartlar. Həmçinin, tələbələrə və sosial həssas qrupa daxil olan insanlar üçün fərqli yanaşmalar tətbiq olunur. Bir çox ölkələrdə məsafədən asılı olaraq ödənişlər mümkündür. Bunlar daim bizim gündəmimizdədir, müzakirələr olunur. Hələlik yekun qərar yoxdur".
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə ictimai nəqliyyatda gedişhaqqının 1 manat olacağı barədə xəbərlər yayılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub