Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Ağdama da qatarla gedə biləcəklər.
Metbuat.a xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişinlərə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı müasir qatarlarla xidmət göstərəcək.
Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.
Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.
Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 manat, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 manat təşkil edir.
Səfər zamanı qatarda ödənişsiz "Wi-Fi" xidmətindən yararlanmaq mümkün olacaq.
İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq.
Qeyd edək ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub