Laçın rayon Bəylik İcma Klubunun akt zalında, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən "Unudulmaqda olan adət-ənənələlər" adlı layihənin növbəti tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Laçın rayonunun ziyalıları, Bəylik Kənd İcma Klubunun nümayəndələri, Bəylik və Sus kənd sakinləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə müharibə, əmək və silahlı qüvvələr veteranı Laçın rayon təşkilatının sədri Qəzənfər Hüseynov açılış nitqi edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra QMHİB-yi və sədrini tədbir iştirakçılarına təqdim edərək mövzu ilə bağlı ətraflı çıxış edib.
QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra tədbirin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirildiyini bildirib.
Həsən Qarayev tədbirin həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili ''Konstitusiya və Suverenlik İli'' elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamına uyğun keçirildiyini qeyd edib. Laçın rayon müharibə əlilləri və SQ veteranı Qərib Səlimov milli adət-ənənələr, torpağa bağlılıq, mənəvi dəyərlərlə bağlı ətraflı çıxış edib.
Tədbir iştirakçıları ailə dəyərləri, toy adət-ənənəsi, yas adətləri, milli geyim, xalçaçılıq sənəti, Türk milli kimliyi, milli-mənəvi dəyərlərimiz barədə məzmunlu və mənalı çıxışlar edərək öz fikirlərini bildiriblər. Mövzu ilə bağlı çıxış edənlər Laçın rayonunda uzun müddət memar işləmiş ziyalı Azər Məmmədov, Laçın rayon sakini
müharibə veteranı İsmayıl Ağayev, Bəylik kənd ağsaqqalı Şamo Rəsulov, Sus kənd tam orta məktəbinin direktoru Dinarə Əbdürəhimova, Sus kənd tam orta məktəbinin müəllimi Zərifə Abbasova, Laçın rayon ziyalısı Oqtay İsgəndərov və digərləri layihənin müasir dövrdə çox vacib olduğunu, orta ümumtəhsil məktəblərində, gənclər arasında daima təbliğ olunmasının aktuallığını nəzərə alaraq, davamlılığının olmasını arzulayıblar.
Sonda İB-nin sədri, H.Qarayev tədbir iştirakçılarına və qonaqlara, tədbirdə iştirak etdikləri üçün həmçinin mənalı və dəyərli fikirləri üçün təşəkkürünü bildirib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub