19–21 sentyabr tarixlərində Bakıda kartla ödənişli sifarişləri qəbul etməyən “Bolt” sürücülərinin hesablarına məhdudiyyətlər qoyulacaq və cərimə tətbiq ediləcək. Sürücülər bildiriblər ki, bu barədə onlara şirkətdən mesaj göndərilib və həmin məlumatı sosial mediada paylaşaraq narazılıqlarını ifadə ediblər. Onlar sifarişdən imtina etməyin öz haqları olduğunu vurğulayıblar.
Məsələ ilə bağlı “Bolt”dan bildirilib ki, bəzi hallarda sürücü və ya sərnişin tərəfindən qaydalara uyğun olmayan davranışlar, məsələn, kartla ödənişin qəbul edilməməsi, iki ünvanın rədd olunması və ya qeyri-etik hərəkətlər baş verdikdə bu barədə şikayətin tətbiq vasitəsilə göndərilməsi xahiş olunur. “Bolt”un dəstək xidməti bütün müraciətləri araşdırır və təsdiqləndiyi halda müvafiq tədbirlər görür:
“Sürücü tərəfindən yuxarıda göstərilən hallar baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə, “Bolt”un Şərtlər və Qaydalarına uyğun olaraq belə hallarda hər bir imtinaya görə 50 AZN-ə qədər maliyyə sanksiyası tətbiq edilə bilər və həmin pozuntu təkrarlanarsa, sürücünün “Bolt” Xidmətlərindən istifadə hüququ məhdudlaşdırıla (bloklana) bilər”.
Açıqlamada həmçinin qeyd olunub ki, şirkət mütəmadi olaraq sürücülərə və avtoparklara müştəri məmnuniyyətini və xidmət keyfiyyətini artırmaq məqsədilə məlumat xarakterli mesajlar göndərir:
“Bu, tamamilə normal və gözlənilən bir təcrübədir. Qarşıdakı dövrdə ölkəmizdə keçiriləcək bir sıra iri beynəlxalq tədbirləri nəzərə alaraq, bu mesajların məqsədi sürücülərimizi həmin tədbirlərə hazırlamaqdır”.
Qeyd edək ki, 19-21 sentyabr tarixlərində Bakıda Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi keçiriləcək.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub