Sentyabrın 23-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün imtahan keçirəcək.
Mynews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak üçün 1 561 nəfər qeydiyyatdan keçib.
İmtahan Bakı şəhərində (Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50, TÜRKPA-nın yanı) DİM-in elektron imtahanlar korpusunda və Gəncə Regional Bölməsində (H. Əliyev meydanı) iki növbədə keçiriləcək və 1 saat davam edəcək. İştirakçılar imtahanı başa vurduqdan dərhal sonra nəticələrlə tanış ola biləcək, nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni elektron xidmətdən çap etməli və şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidirlər. Hər hansı sənədin olmaması və ya uyğunsuzluq zamanı imtahana buraxılmayacaqlar.
İmtahan 20 test tapşırığından ibarət olacaq və sürücülərin etik davranışı, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar üzrə keçiriləcək. Hər düzgün cavab 1 bal hesab olunur, səhv cavablar isə nəticəyə təsir etmir. 10 və daha çox bal toplayan şəxslər imtahanı uğurla tamamlamış sayılır və 7 il müddətinə etibarlı şəhadətnamə alacaqlar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub