Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi 190 ünvanında, vaxtı ilə göl olan ərazidə çoxmərtəbəli bina inşa olunur.
Mynews.az-ın məlumatına əsasən, ATV-yə danışan sakinlər bildiriblər ki, qazıntı zamanı bünövrədən su çıxır. Onlar inşa ediləcək binanın gələcəkdə böyük faciəyə yol açacağından narahatdırlar.
"Qapını açırdıq göl gözümüzün qabağında idi. 50 metr dərinliyində olub. Balıq da tuturdular, zibil də gətirib tökürdülər. Sonradan gölü qurutdular”, - sakinlər qeyd edib.
Ərazidə çoxmərtəbəli bina inşa edən "PRİMO Residence” tikinti şirkətindən isə bildirilib ki, işlər artıq dayandırılıb.
Ərazidə tikinti ilə bağlı Fövqalədə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar şirkət tərəfindən aparılan işlərə dair icazəverici sənədlər təqdim edilmədiyindən, nazirlik sentyabr ayının 4-də tikinti işlərinin dayandırılmasına dair qərar verib.
Daha ətraflı videomaterialda:
Daha ətraflı videomaterialda:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub