Keçən il Bakı COP29-a ev sahibliyi etdi və böyük məsuliyyət öhdəsinə götürdü. Gənclər Akademiyası sayəsində vətəndaş cəmiyyətinin nümayəndələri də bu prosesdə iştirak etdilər. Hazırda müşahidə olunan quraqlıq, Kür və Araz çaylarının suyunun azalması, Xəzərin səviyyəsinin çəkilməsi ekosistemin ciddi problemlərlə üzləşdiyini göstərir. Buna görə də biz ilk növbədə havanın təmizlənməsi üçün səylərimizi artırmalıyıq.
Mynews.az-ın məlumatına görə, bunu COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 tədbirində bildirib.
"Məsələnin həm görünən, həm də görünməyən siyasi təsirləri mövcuddur. Dövlətlər olaraq böyük məqsədlərə nail olmaq üçün birgə çalışmalıyıq. Bu prosesə özəl sektor da cəlb edilməli, səmərəliliyə nail olunmalı, infrastruktur inkişaf etdirilməlidir. Bütün bunlar milyonlarla yeni iş yerinin yaranmasına səbəb olacaq. Keçən il biz COP çərçivəsində bir platforma yaratdıq. Bu il isə ikinci belə bir platforma – xüsusilə orta və kiçik sahibkarlıq üçün imkanlar açan təşəbbüs formalaşdırdıq. Bu addım COP sahəsində inkişaf üçün mühüm təkan olacaq", - deyə N.Arpadarai əlavə edib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub