Hövsan qəsəbəsi ərazisindəki çimərliyə kanalizasiya sularının axıdıldığı iddia edilir. Ona görə dənizin kənarında üfunətdən dayanmağın mümkün olmadığı bildirilir.
Mynews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlər iddia edirlər ki, çirkab suları birbaşa dənizə axıdılır.
Gözlə aydın görmək olur ki, dənizin suyu çirkab rəngindədir. Sahildə üfunətdən də dayanmaq mümkün deyil. Sakinlər bildirirlər ki, bu iy onların səhhətinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, araşdırılaraq məsələyə aydınlıq gətiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub