"Sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək".
Mynews.az xəbər verir ki, bu fikirlər Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15 - 65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir:
"Hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin, növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər".
Sənəddəki bu fikirlərdən belə aydın olur ki, Azərbaycanda əhali yaşlandıqca pensiyaya çıxma yaşı da artırılacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, hazırda pensiya yaşının artırılması müzakirə olunmur.

Onun sözlərinə görə, bununla bağlı hansısa layihə də təqdim olunmayıb:
“Ümumiyyətlə, pensiya islahatlarının dərinləşməsi, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Sözsüz, startegiyada qeyd edilən məsələlər daha uzunmüddətli dövr üçün nəzərdə tutulan məsələlərdir. Bu dövrdə də xüsusən əhalinin yaşı, sığorta ödənişləri nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir. Konkret pensiya yaşının dəyişməsi ilə bağlı hər hansısa layihə müzakirə olunmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mövcud fiskal imkanlar və demoqrafik vəziyyət nəzərə almaqla bu istiqamətdə fəaliyyətləri sistemləşdirməyə çalışır”.
Millət vəkili nəzərə çatdırıb ki, özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi də çox vacib istiqamətlərdən hesab olunur:
“Bu baxımdan, islahatların bu istiqamətdə dərinləşməsi və yeni qərarların qəbul edilməsi baş verə bilər. Bu istiqamətdə də növbəti illərdə addımların atılması gözlənilir”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub