Dünən AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib.
Mynews.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb.
“Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) Azərbaycana məxsus təyyarə İrəvan hava limanına enib”, - deyə o qeyd edib.
Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb.
Bu haqda “Sputnik Ermənistan” da yazıb. Qeyd edilib ki, Bakıdan gələn xüsusi reys dünən təqribən 16:00-da İrəvanda yerə enib.
Onu da xatırladaq ki, Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkə nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa müzakirələrinin keçiriləcəyi barədə məlumat yayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub