Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işləri aparılacaq.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, söküntü işləri Sabunçu rayonunun Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6, Sabunçu rayonunun Y.Qasımov küçəsi, ev 39 və Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanlarında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işlərə yekun vurub.
Qurum sözügedən işlərin icrasını "Global Engineering Management Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 21 948 manat ödənilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub