Meyitdən ilk dəfə qaraciyər köçürülən Mənzər Şərifova əməliyyatdan sonra həyatının tamamilə dəyişdiyini, yenidən həyata qovuşduğunu deyib.
Mynews.az report-a istinadən xəbər verir ki, Mənzər Şərifova bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, iki il ərzində dializ müalicəsində olub:
"Axşam saat 12 radələrində həkimdən zəng gəldi və mənə orqan köçürülməsi ediləcəyini bildirdilər. Çox sevindim. Əməliyyat uğurla keçdi və özümü çox yaxşı hiss etdim. Sonradan öyrəndim ki, mənə köçürülən orqan meyit donordan götürülüb. Bu xəbəri eşidəndə həm duyğulandım, həm də çox sevincli oldum. Çünki uzun müddət dializdə olarkən çox çətinliklər çəkirdim - təzyiqim gah çox qalxır, gah da düşürdü, gözlərim də zəifləyirdi. Amma indi özümü çox yaxşı hiss edirəm. Mənə bu həyatı bəxş edən həkimlərə və donorun ailəsinə dərin minnətdarlığımı bildirirəm".
Xatırladaq ki, bu ilin fevral ayında beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın qaraciyəri Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.
Ən son xəbərləri bizim "WhatsApp
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
515 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
461 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
456 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
442 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
425 dəfə oxunub