Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 71 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.
AYNA-dan Mynews.az-a verilən məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu” MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.
Metronun "Azadlıq prospekti” stansiyasını "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə "Golden Dragon” markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərəcək.
Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub