Bakı şəhəri, Xəzər rayon sakini Mirvari Turabovanın səhhətində problem olan övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanıldıqdan sonra toplanmış vəsait ailəyə verilib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin azyaşlının görüntülərindən istifadə etməklə topladığı 10 min manat uşağın ailəsinə təqdim edilib.
Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanovun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 min manata yaxın ianə köçürülmüşdü.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub