"Lotu Quli" ləqəbli kriminal aləmin üzvü Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 18 ildən 17 il 6 aya endirilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, "Yeraz Camal" ləqəbli Camal Həsənov Rövşən Caniyevin (Lənkəranski) qardaşı Namiq Caniyev və kriminal aləmin üzvü Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) ilə birlikdə 2017-ci ildə İstanbulda "Lotu Quli"yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında gedən məlumatlara görə, "Lotu Quli"nin öldürülən adamı Cabir Həsənov Rövşən Caniyevin qətlində iştirak edib. Bu səbəbdən də C.Həsənov qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.
Camal Həsənov 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.
Təqsirləndirilən Camal Həsənov Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham edilib.
1
“Qarabağ” İtaliyada “Napoli” ilə qarşılaşacaq
568 dəfə oxunub
2
İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
555 dəfə oxunub
3
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
554 dəfə oxunub
4
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
528 dəfə oxunub
5
“Erməninstana verdiyim 12 xal insanlıq idi” - Samirə Əfəndi
523 dəfə oxunub