DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Mynews.az xəbər verir ki, İdarədən verilən məlumata görə, müraciətdə deyilir ki, sürücülərin yuxulu və ya yorğun vəziyyətdə yola çıxması ağır nəticəli qəzaların əsas səbəblərindən biridir:
"Nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu qəza növünün əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsi olduğunu göstərir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Xüsusilə, son zamanlar kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə lazımi nəzarətin olunmaması qəzalara səbəb olur. Səhər erkən saatlarda yuxusuz halda yola çıxmaq, uzun məsafələri fasilə vermədən davam etdirmək sürücünün yuxulama və diqqət yayınması riskini artıraraq ağır nəticəli hadisələrlə nəticələnir.
Bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə bir daha bildiririk ki, işçilərin daşınması zamanı yalnız saz vəziyyətdə olan və təhlükəsizlik tələblərinə cavab verən nəqliyyat vasitələrindən istifadə olunmalı, sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət edilməlidir. Yorğun və yuxusuz halda sürücülərin sükan arxasına keçməsinə şərait yaradılması yolverilməzdir.
Unudulmamalıdır ki, hər bir işçinin həyatı və sağlamlığı onların daşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir".
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub