Sosial şəbəkələrdə “BakuBus” MMC-nin qadın sürücüsü ilə bağlı video görüntülər yayılıb. Görüntülərdə xanım sürücünün musiqi dinləməsi əks olunub.
Mynews.az xəbər verir ki, "BakuBus" MMC-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülərin sürücünün fəaliyyətinə hər hansı bir aidiyyəti yoxdur. Qeyd olunan video sərnişin tərəfindən çəkilmiş, daha sonra üzərinə musiqi əlavə edilib:
"“BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda təhlükəsizlik tələblərinə uyğun olaraq radio və musiqi sistemləri deaktiv edilib. Eyni zamanda avtobusun idarə edilməsi zamanı mobil telefondan istifadə daxili intizam qaydalarına ziddir və bu hal aşkarlandıqda sürücü barəsində müvafiq intizam tədbirləri tətbiq olunur".
Qurumdan qeyd olunub ki, qadın sürücülərz 24 noyabr tarixindən etibarən fəaliyyətə başlayıb və onların ictimai nəqliyyatda fəaliyyəti cəmiyyətdə təqdirlə yanaşı maraq da doğurur:
"Bu səbəbdən tez-tez sərnişinlər tərəfindən videoya çəkilmələri müşahidə olunur. Sərnişinlərdən xahiş edirik ki, avtobus hərəkətdə olarkən sürücünü videoçəkiliş etməklə diqqətini yayındırmasınlar. Bu, həm sərnişin təhlükəsizliyi, həm də nəqliyyat vasitəsinin idarə edilməsinə dair tələblərin yerinə yetirilməsi baxımından vacib hesab olunur".
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub