Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun yenidən təşkil edilməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Mynews.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Fond ASC-yə çevrilmə yolu ilə yenidən təşkil edilib, eləcə də onun Nizamnaməsi təsdiqlənib.
"Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC eyni adlı publik hüquqi şəxsin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Cəmiyyət iqtisadiyyatın qeyri-neft/qaz sektorunun inkişafını dəstəkləyən, sahibkarlığın maliyyə təminatını gücləndirən, investisiyaların təşviqi və sahibkarlığa dəstək mexanizmlərinin inkişafını təmin edən və vəsaitini müəyyən olunmuş qaydada yerləşdirməklə dövlətin iqtisadi inkişaf prioritetlərinə xidmət edən dövlətə məxsus kommersiya hüquqi şəxsidir.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr, onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub