ATV-də yayımlanan “Yoxlama” verilişi Bakıda 1 manatlıq dönərlərin satıldığı məkanlara baş çəkib.
Mynews.az Bakuws-ə istinadən xəbər verir ki, sözügedən məkanlardakı natəmizlik və antisanitariya şəraiti kadrlarda açıq-aşkar görünür.
Belə ki, məkanların çoxusunda hazırlanan dönərlərin ətlərinin mənşəyi və hansı şəraitdə hazırlandığı da sual doğurur. Bundan başqa aparıcı vurğulayıb ki, toyuq ətindən dönər hazırlanmasına qadağa qoyulsa da hazırda bu qadağaya əhəmiyyət verilmir və bu cür dönərlərin satışı davam etdirilir. Yoxlamalar zamanı məlum olub ki, paytaxtda hazırlanan dönərlərin 85 faizi standartlara cavab vermir. Bakıdakı dönərxanaların əksəriyyəti aldıqları ətləri müəyyən edilmiş şirkətlərdən almır. Bundan başqa dönərxanalarda işləyən işçilərin tibbi yoxlanışı aparılmır.
Aparıcı Azər Zahidin sözlərinə görə, tonlarla at, eşşək əti Bakıya gətirilərkən aşkar edilir, lakin hara gətirildiyi açıqlanmır. Ölkədə leşyığanlar şəbəkəsi mövcuddur ki, həmin ətləri də bu şəbəkə alır. Həmin şəbəkələrin də dönərxanalara ət verib-vermədiyi də məlum deyil.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub