Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Məsafədən hesabların açılması Qaydası"nı təsdiqləyib.
Mynews.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindən istifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiya sistemi, proqram təminatı "Fərdi məlumatlar haqqında" Qanunu və digər hüquqi aktlar ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
Bundan başqa, fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndə qismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqi şəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqla müştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesab açılmasına yol verilməyəcək.
Şəxsin eyniləşdirilməsi risk əsaslı yanaşma nəzərə alınmaqla, nəzarət subyekti tərəfindən təsdiq edilmiş daxili qaydalar əsasında aşağıdakı üsullardan biri və ya bir neçəsinin tətbiqi yolu ilə həyata keçiriləcək:
- şəkil çəkilişi vasitəsilə eyniləşdirmə;
- videoçəkiliş vasitəsilə eyniləşdirmə;
- videozəng vasitəsilə eyniləşdirmə.
AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub