Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlara çağırış edib.
Mynews.az xəbər verir ki, QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri xatırladıb ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi dünyadakı bütün Həcc missiyalarına qeydiyyat prosedurlarının erkən bitirilməsi üçün ciddi tələb qoyub.
V.Cahangiri qeyd edib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq:
"Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan qeydiyyata düşsünlər. Ziyarət üçün nəzərdə tutulan kvotadan asılı olmayaraq sənədlərin qəbulu fevralın 15-də bitəcək".
Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub