Təhsil haqqında dövlət sənədlərinin təsvirlərinin və onların verilməsi qaydaları təsdiqlənib.
Mynews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda "Təhsil haqqında" qanuna uyğun olaraq hazırlanıb və ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydasını tənzimləyir.
Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə (TMİS) "Elektron imza və elektron sənəd haqqında" qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə) verilir.
Təhsil haqqında dövlət sənədində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədləri ali təhsil pilləsinin növbəti səviyyəsində təhsili davam etdirmək və (və ya) ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur.
Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili və magistratura səviyyələrini xüsusi nailiyyətlərlə başa vuran məzunlara fərqlənmə diplomu (o cümlədən diploma əlavə), digər hallarda adi diplom (o cümlədən diploma əlavə), rezidentura səviyyəsini başa vuran məzunlara isə diplom verilir.
Diplom ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura və rezidentura səviyyələri üzrə təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 iş günü müddətində hazırlanacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub