Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nında əksini tapıb.
Sənədə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə 2026−2029-cu illərdə layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, 4 ədəd su anbarının və 1 ədəd nasos stansiyasının tikinti işlərinə başlanılması və plan üzrə işlərin 50 faizinin icrasını təmin etməlidir.
Nəticədə Binəqədi qəsəbəsində 20 min kubmetrlik su anbarı və nasos stansiyasının tikintisi ilə əhalinin 50 min nəfərə qədər dayanıqlı su ilə təminatı, habelə Masazır qəsəbəsində 20 min kubmetrlik su anbarının istifadəyə verilməsi nəticəsində 15 min nəfər əhalinin su ilə fasiləsiz təminatı həyata keçiriləcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub