Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu - İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları SMS-lə göndərilən birdəfəlik təsdiq kodları (OTP) ilə bağlı artan dələduzluq halları barədə xəbərdar edir.
Mynews.az xəbər verir ki, bu barədə İKTA məlumat yayıb.
Xəbərə görə, son təhlillər göstərir ki, bank və mesajlaşma tətbiqlərinə icazəsiz giriş hallarının əsas səbəbi təhlükəsizlik kodlarının üçüncü şəxslərlə paylaşılmasıdır:
"İKTA bildirir ki, heç bir bank, dövlət qurumu, mobil operator və ya mesajlaşma tətbiqi istifadəçidən SMS kodunu tələb etmir. Belə zənglər və mesajlar dələduzluq məqsədi daşıyır.
İKTA vətəndaşları aşağıdakı tövsiyələrə əməl etməyə çağırır:
- Cihazınıza göndərilən kodları (SMS, OTP) heç kimlə paylaşmayın;
- Şübhəli linklərə daxil olmayın və şəxsi məlumatları verməyin (xüsusən sizə e-maillə göndərilən və ya təkidlə məsləhət bilinən);
- SMS əvəzinə, tətbiq üzərindən ikifaktorlu təsdiqləməni aktiv edin (Two-Step Verification, push bildirişlər və s.);
- Cihazlarınıza (mobil telefon, planşet, kompüter) naməlum mənbələrdən tətbiqlər yükləməyin;
- Şübhəli fəaliyyət gördükdə dərhal bank və mobil operatorla əlaqə saxlayın.
Agentlik bəyan edir ki, təhlükəsizlik yalnız texniki vasitələrlə deyil, həm də sizin diqqət və davranışınızla təmin olunur. Şəxsi məlumatlarınızı qoruyun!"
1
2026-cı ilin ilk səma şousu: Super Ay və meteor yağışı
568 dəfə oxunub
2
Hadisənin meneceri də saxlanıldı
558 dəfə oxunub
3
Makrondan ABŞ-nin Venesuela əməliyyatına reaksiya
557 dəfə oxunub
4
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
544 dəfə oxunub
5
Maduro məhkəmədə bu sözləri dedi
539 dəfə oxunub