Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi plana düşüb.
Mynews.az xəbər verir ki, buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının (CH4) aşkar edilməsi göstərilir.
Bununla əlaqədar sözügedən istiqamətdə kimin evi, həyətyanı sahəsi varsa, artıq həmin sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə, plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, plana düşən ərazilər Böyükşor-Pirşağı yeni avtomobil yolunun ətrafında yerləşir.
Xatırladaq ki, 27 noyabr 2025-ci ildə Abşeron rayonunun Məmmədli qəsəbəsində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub