"Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətin diqqət mərkəzindədir. Dövlət başçısının AMEA-nın 80 illik yubileyində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi qeyd etməsi, həmçinin bir müddət öncəki müsahibəsində bir daha bu vacib məqama toxunması medianın qarşısında daha böyük öhdəliklər qoyur".
Mynews.az xəbər verir ki, bu sözləri "Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində" mövzulu elmi-praktik konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacib məsələlərdəndir.
"Biz bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan audiovizual mediada ədəbi dilimizin düzgün işlədilməsi məsələsini müzakirə edirik. Amma ölkə mediasının digər seqmentlərində də ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün eyni dərəcədə aktualdır. Artıq Mətbuat Şurasında Dil Komissiyası yaradılıb. Ölkə mediasının sistemli monitorinqinin aparılmasının bu sahədə buraxılan səhvlərin operativ formada aradan qaldırılmasına təkan verəcəyinə əminik.
Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən biri də dövlət dilimizin mediada düzgün istifadə edilməsi prosesinə həssas yanaşmaqdan, bu sahədə jurnalist peşəkarlığının artırılmasına təkan verməkdən ibarətdir", - deyə icraçı direktor vurğulayıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub