Laçın şəhərində inşası nəzərdə tutulan yeni kanat yolu layihəsi üzrə isə işlər sürətlə davam etdirilir.
Mynews.az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)- dan məlumat verilib.
Qurumdan bildirilib ki, kanat yolunun layihələndirməsi tamamlanıb.
"Obyektin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşir və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub