Lerikə yağan güclü qar səbəbindən xeyli kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Mynews.az xəbər verir ki, rayon mərkəzində qarın hündürlüyü 40 sm, dağlarda isə 80 sm-ə çatıb.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, hazırda Lənkəran-Lerik yolu açıqdır:
“Kəndlərin rayon mərkəzi ilə əlaqəsi hündür nəqliyyat vasitələrilə həyata keçirilir. Təbii qaz, su təchizatında hər hansı problem olmasa da, elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranıb.
Səhər saatlarında 35/10 kv-luq hava xəttində qeydə alınan nasazlıq aradan qaldırılıb. Amma hazırda 80 kənddə elektrik enerjisində fasilə yaranıb. Günün sonuna kimi həmin kəndlərə elektrik enerjisinin verilişinin bərpa olunması istiqamətində işlər aparılır”.
Qeyd edək ki, hazırda rayon ərazisində güclü qar davam edir. Qafqazinfo.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub