Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müsabiqə şərtləri açıqlanıb.
Mynews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya bildirib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.
DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: "Belə ki, I qrupun "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi, "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları mühəndisliyi", "Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), "Kompyuter elmləri" ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub