Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində yenidənqurma və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan Mynews.az-a verilən məlumata görə, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Ramana qəsəbəsində 6 avqust tarixində yenidənqurma və isti hava şəraiti ilə əlaqədar elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə gücləndirmə işləri həyata keçiriləcək.
Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 16:30-dan 18:00-dək Şuşa şəhərciyinin ətrafı, Ramana qalasının yaxınlığı, Ramana Sovxoz və Yeni Ramana yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub