Azərbaycan Respublikası hökuməti 2026-cı il üçün istehsalat təqvimini rəsmi olaraq təsdiqləyib.
Mynews.az xəbər verir ki, təsdiqlənmiş təqvimə əsasən, fevral ayı 28 təqvim günündən ibarət olacaq və bu ay ərzində hər hansı dövlət bayramı və ya xüsusi qeyri-iş günü nəzərdə tutulmayıb.
Bu səbəbdən fevral ayında yalnız şənbə və bazar günləri istirahət günləri hesab ediləcək. Digər günlər isə adi iş günləri kimi fəaliyyət göstəriləcək.
Eyni zamanda qeyd olunur ki, İslam təqviminə uyğun olaraq 2026-cı ildə Ramazan ayı Azərbaycanda 18 fevral tarixində başlayacaq və 19 mart tarixinədək davam edəcək. Bu müddət ərzində müsəlmanlar üçün oruc ibadəti icra olunacaq və dini mərasimlər təşkil ediləcək.
Məlumata görə, istehsalat təqvimi dövlət qurumlarının, özəl sektorun, təhsil müəssisələrinin və digər təşkilatların iş qrafikinin planlaşdırılmasında əsas sənəd kimi istifadə olunur və vətəndaşların əvvəlcədən öz istirahət və iş rejimini müəyyən etməsinə imkan yaradır.
1
Bu həftə 11 günlük tətil başlayır
649 dəfə oxunub
2
AzTV-nin əməkdaşı vəfat etdi
643 dəfə oxunub
3
4 nəfər buraxılış imtahanından xaric edildi - Telefon aşkarlanıb
625 dəfə oxunub
4
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
609 dəfə oxunub
5
Bakıda 53 yaşlı qadın doğuş vaxtı öldü
591 dəfə oxunub