Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib.
İdarədən Mynews.az verilən məlumata görə, hazırda əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkənin bir sıra şəhər və rayonlarında yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Vurğulanıb ki, mövcud hava şəraiti ilə əlaqədar yol örtüyündə sürüşmə ehtimalı artır:
"Ayrı-ayrı ərazilərdə, xüsusən də qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.
Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorusunlar, müəyyən edilmiş sürət həddinə ciddi riayət etsinlər, qəfil manevrlərdən çəkinərək yol hərəkəti qaydalarına tam əməl etsinlər.
Bir daha bütün yol hərəkəti iştirakçılarını diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət və diqqətli davranış mümkün risklərin qarşısını almağın əsas şərtidir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub