Xəbər verdiyimiz kimi, sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Siyasətçi ötən gecə Türkiyədə dünyasını dəyişib.
Mynews.az xəbər verir ki, 79 yaşlı Fəzail Ağamalının ölümü ictimai diqqəti yenidən onun personasına yönəldib. Mərhum siyasətçinin uzun illər rəhbərlik etdiyi Ana Vətən Partiyasının ötən il baş tutatan qalmaqallı qurultayı və bu tədbir fonunda ailədaxili münaqişənin üzə çıxması siyasətçinin ölümü ilə bağlı müzakirələrə yeni rəng qatıb. Fəzail Ağamalının partiya sədri olmaq istəyən oğlu Elçin Ağamalı ilə konfliktdə olması, hətta iddiasını reallaşdıra bilməyən övladın atasını mərhkəməyə verdiyinə dair xəbərlərin yenidən gündəmə gətirilməsi siyasi çevrələrdə mübahisə mövzusuna çevrilib.
Fəzail Ağamalının xəstəliyi 2024-cü ilin əvvəllərində üzə çıxıb. Ağamalı xərçəng xəstəsi olduğunu bildiyi üçün 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərə qatılmaqdan imtina edib. İddia olunur ki, hətta o, səhhətinə dair siyasi hakimiyyətdə təmsil olunan bəzi vəzifəli şəxsləri də məlumatlandırıb. Bundan sonra isə seçkidə özünün deyil, övladlarından birinin namizəd olmasına dəstək verilməsini xahiş edib. Təcrübəli siyasətçi müsbət cavab aldıqdan sonra şəxsi qərarı ilə qızının namizədliyi üzərində dayanıb. Ailədaxili münaqişə də məhz bu qərardan sonra baş verib.
Fəzail Ağamalı ötən ilin payızında həkim müayinəsindən keçəndə ona 6 ay ömrünün qaldığı bildirilib.
Qeyd edək ki, Fəzail Ağamalı 26 avqust 1947-ci ildə Ermənistanda doğulub. O, Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.
1
Çinli nazir istintaq altındadır
1003 dəfə oxunub
2
Qonşuda zəlzələ təhlükəsi: Xəbərdarlıq edildi
910 dəfə oxunub
3
Bu məşhurlar haqda saxlanılma qərarı çıxarıldı
904 dəfə oxunub
4
Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR
890 dəfə oxunub
5
İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi
883 dəfə oxunub