“Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.
Mynews.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb:
“Ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.
Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək. Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub