Bakı Sumqayıt yolunda baş verən qəzada həlak olan Quliyev İbrahim Vüqar oğlunun anasının vəziyyəti ağırlaşıb.
Mynews.az bildirir ki, bu barədə Xanim.az -a mərhumun bibisi Sevda Quliyeva bildirib: Onun sözlərinə görə İbrahimin anası Vəsilə xanım onkoloji xəstəlikdən əziyyət çəkir. Qəzadan sonra Vəsilənin vəziyyəti daha da ağırlaşıb. Gündə 3 dəfə təcili tibbi yardım çağırılır. Hər gün qəbrini ziyarət edirik. Ah - naləsi, fəryadı yerə-göyə sığmır. Axı o uşaqların günahı nə idi?! Xəstə canı ilə atası işləyib, uşaq böyütdü ki, kimsə onun qanına bais olsun?! O uşaq bizdə qalırdı mənim evimdə, Hövsanda. Hövsandan Sumqayıta oxumağa gedirdi, Allah götürməz. Mənim qardaşımın imkanı yox idi ki, ayağına bir ayaqqabı alsın, ayağına geyinsin. Atası da bizdə qalırdı, fəhlə işləyirdi. Gündə beş manat pul qazanırdı, onun üçünü İbrahimə verirdi ki yol pulu eləsin. Bunu Yer-Göy götürməz! Mənim qardaşımın balası cırıq şalvarla məktəbə gedib - gəlirdi. Qardaşımın pulu yox idi ki, ikinci şalvarı alıb uşağına geyindirsin. Axşam şalvarı yuyurdum ki, səhər məktəbə geyinsin. Bu hadisə hamımıza ağır dərd oldu. Dözə bilmirik.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub