"Hazırda Bakı şəhəri üzrə marşrut xətlərində ümumilikdə 2300-ə yaxın avtobus istismar edilir. Avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 300-ə yaxın avtobus gətirilib".
Mynews.az xəbər verir ki, bunu “baku.ws”ə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinin rəhbəri Tural Orucov bildirib.
Onun sözlərinə görə, ölkə üzrə ötən il ümumilikdə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib:
"Bu ildən xüsusi "İctimai Nəqliyyat" büdcə fondunun yaradılması və daşıyıcılarla brutto-müqavilə sisteminə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək.
Eyni zamanda, paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək".
AYNA rəsmisi həmçinin qeyd edib ki, hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir:
"Həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur. Bakıətrafı qəsəbələr üzrə sərnişindaşıma keyfiyyətinin artırılması işləri də davam etdirilir. Daşıyıcılar tərəfindən yeni avtobusların alınması istiqamətində işlər aparılır".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub