Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.
Mynews.az xəbər verir ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür
2026-cı ilin əvvəlinə olan məlumatlara əsasən, ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir. 2025-ci ildə doğulmuş 95,9 min körpənin 46,9 faizi qız uşaqları olub.
Təhsil sahəsində qadınların xüsusi çəkisi yüksək olaraq qalır. Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunu, ali təhsil müəssisələrində 60 faizdən çoxunu, orta ixtisas təhsil müəssisələrində isə 80 faizə qədərini qadınlar təşkil edir. Həkimlərin isə üçdə iki hissəsi qadınlardır.
Təhsilalanlar arasında da qadınların payı əhəmiyyətlidir. Belə ki, ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxunu, orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizdən çoxunu, ali təhsil müəssisələrinin tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.
Qadınlar elmin inkişafında da fəal iştirak edirlər. Respublikamızda elmi işçilərin 60 faizdən çoxu qadınlardır və onların təxminən 30 faizi elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
2025-ci ilin ilkin məlumatlarına əsasən, məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,1 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında bu göstərici 30,3 faiz, fərdi sahibkarlar arasında isə 23,7 faizdir.
Qadınların respublikamızın ictimai-siyasi həyatda təmsilçiliyi də artmaqdadır. Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş qadın deputatların sayı 2000-ci ildə 10,7 faiz olduğu halda, 2025-ci ildə 21,0 faizə yüksəlib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanlar arasında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz idisə, 2025-ci ildə bu göstərici 18,8 faizə çatıb.
1
Hərbi qeydiyyat asanlaşacaq - "Mygov" yeniliyinin üstünlükləri
1211 dəfə oxunub
2
İlham Əliyev Ərdoğana zəng etdi
1180 dəfə oxunub
3
Övladını dəfn edən ana məzarın başında öldü
1050 dəfə oxunub
4
BDU tələbələrinin şəklini yayan şəxsin FOTOSU
1026 dəfə oxunub
5
Yeni şura yaradıldı - FƏRMAN
1026 dəfə oxunub