2025-ci ildə Azərbaycan Mərkəzi Bankı 18,4 milyard manat məbləğində investisiya qiymətli kağızlarının (səhmlər və istiqrazlar) dövlət qeydiyyatını həyata keçirib.
Mynews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 21,3 % və yaxud 3,2 milyard manat çoxdur.
2025-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 64 milyard 448,4 milyon manatlıq əməliyyat aparılıb. Bu, 2024-cü ilə nisbətən 11,1 % azdır.
İllik göstəricinin 8 milyard 36,9 milyon manatlıq hissəsi ilkin bazarda (7,1 % az), 56 milyard 411,5 milyon manatlıq hissəsi isə təkrar bazarda (11,6 % az) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 30 916 əqd bağlanılıb. Bu, illik müqayisədə 57,2 % azdır. Əqdlərin 4 323-ü ilkin bazarın (91,65 % az), 26 593-ü isə təkrar bazarın (29,7 % çox) payına düşüb.
1
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
403 dəfə oxunub
2
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
403 dəfə oxunub
3
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
399 dəfə oxunub
4
Bakıda sinif yoldaşını yandıran şagird saxlanıldı
389 dəfə oxunub
5
Müəllimin şagirdi bağışlaması cəzanı yüngülləşdirəcək? – HÜQUQİ RƏY
389 dəfə oxunub