USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakıda yağıntı aylıq normanın 440 faizinə çatıb

11:52 28.03.2026
Bakıda yağıntı aylıq normanın 440 faizinə çatıb
11:52 28.03.2026

Ölkə ərazisində intensiv xarakterli yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır.

Mynews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin martın 28-i saat 11:00-a olan məlumatına əsasən, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 %-idir (təxminən 4 dəfədən çox).

Kürdəmirdə 69 (aylıq normanın 201%-i), Qusarda 68 (aylıq normanın 181%-i), Xızıda 67 (aylıq normanın 149%-i), Xaçmazda 61 (aylıq normanın 251%-i), Xaltanda 60 (aylıq normanın 160%-i), Qobustanda 56 (aylıq normanın 77%-i), Şamaxıda 52 (aylıq normanın 71%-i), Qubada 52 (aylıq normanın 138%-i), Şəkidə 47 (aylıq normanın 74%-i), Şabranda 44 (aylıq normanın 190%-i), Oğuzda 39 (aylıq normanın 47%-i), Qəbələdə 38 (aylıq normanın 42%-i), Bərdədə 29 (aylıq normanın 109%-i), Tərtərdə 29 (aylıq normanın 109%-i), İsmayıllıda 26, Göyçayda 25 (aylıq normanın 56%-i), Ağsuda 23, Yevlaxda 22 (aylıq normanın 91%-i), Naftalanda 22 (aylıq normanın 115%-i), Qaxda (Sarıbaş) 22, Mingəçevirdə 21 (aylıq normanın 72%-i), Daşkəsəndə 20, Ağdamda 19 (aylıq normanın 54%-i), Zərdabda 19 (aylıq normanın 66%-i), Gədəbəydə 18, Sabirabadda 17 (aylıq normanın 56%-i), Goranboyda 16 (aylıq normanın 83%-i), Şəmkirdə 15 (aylıq normanın 54%-i), Neftçalada 14 (aylıq normanın 48%-i), Zaqatalada 13, İmişlidə 12 (aylıq normanın 40%-i), Balakəndə 12, Şahbuzda 11, Tovuz, Sədərək, Şərur, Biləsuvarda 9, Astarada 8, Gəncə, Beyləqanda 7, Ordubad, Naxçıvanda 6, Göygöldə 5, Ağstafa, Culfa, Lerikdə 3, Yardımlıda 2, Lənkəran, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsən, Şahdağ, Qubada (Qrız) 20, Şabran, Bakıda və Abşeron yarımadasında 18 m/s-yə çatıb.

 


Xəbər lenti