İran Heydərovlara məxsus rezidensiyanı vurdu — Nicat Heydərov təxliyə edildi
ABŞ-İsrail-İran müharibəsini ilk günü İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezidensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb.
Mynews.az AFN.az-a istinadla xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub:
"Raketlərdən biri "Palm Jumeyra" süni adasına atılıb. Həmin ərazidə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar dəyərində olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Onun izləri Google Map üzərindən də aydın görünür. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb. Raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib".
Adada raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafədə isə Heydərovlara məxsus "Sofitel The Palm Resort & Spa" hoteli yerləşir. Məlumata görə, hotel heç bir zərər görməyib.
İranın "Palm Jumeyra"ya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub