Bir neçə həftədir ki, ipoteka kreditləri üzrə limitlər imtinalar səbəbindən yenidən açılır.
Mynews.az Milli.az-a istinadən xəbər verir ki, vətəndaşlar hər gün saat 18:30-da şəxsi kabinetlərinə daxil olaraq banklar üzrə mövcud limitləri yoxlaya bilərlər. Son yoxlamalara əsasən, bəzi günlərdə bir neçə bank üzrə limitlərin aktiv olduğu müşahidə edilir.
Əsas problemlərdən biri hansı bankda nə qədər vəsaitin qaldığının əvvəlcədən məlum olmamasıdır. Bu səbəbdən müraciət zamanı maksimal məbləğin seçilməsi tövsiyə edilmir. Qeyd olunur ki, adi ipoteka üçün 150 min, güzəştli ipoteka üçün isə 100 min manatlıq maksimum məbləği yazmaq əvəzinə, daha aşağı məbləğ seçmək limit əldə etmə şansını artıra bilər.
Bildirilib ki, sistemdə ilk cəhd zamanı seçim etmək mümkün olsa da, qısa müddət ərzində limitlər dolur. İkinci yoxlama zamanı isə artıq vəsaitlərin tükəndiyi müşahidə olunur. Bu səbəbdən vətəndaşlara sürətli davranmaq tövsiyə edilir.
Prosesdən yararlana bilməyən şəxslər növbəti il ayrılacaq ipoteka limitlərini gözləyə bilərlər.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub