2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.
Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətlə artmasıdır. Belə ki, bu məhsullar üçün ümumilikdə 10,386 milyon ABŞ dolları ödənilib. Bu isə illik müqayisədə 3,945 milyon dollar və ya 61 faiz artım deməkdir. Yəni idxal həcmi artsa da, dəyər artımı onu xeyli üstələyib.
Mütəxəssislərin fikrincə, idxal xərclərinin bu templə artması daxili bazarda süd və süd məhsullarının qiymətlərinə də təsir göstərə bilər.
Mynews.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, idxal olunan südə xərclənən vəsaitin artmasının əsas səbəbləri qlobal ərzaq inflyasiyası, istehsal xərclərinin yüksəlməsi və logistika xərclərinin artmasıdır:
"Bundan əlavə, daha yüksəkkeyfiyyətli və baha məhsullara üstünlük verilməsi də ümumi idxal dəyərini artırmış ola bilər. Daxili bazara gəlincə, bu artım tempinin davam etməsi süd məhsullarının pərakəndə qiymətlərinə də yansıya bilər. Yəni yaxın bir ayda süd məhsullarının qiymətləri arta bilər.
İdxalın ümumi xərclər içindəki payı 0,2% olsa da, daxili tələbatın bir hissəsi hələ də xaricdən gətirilən məhsullarla ödənilir. Bu isə sektoru ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətli edir. Belə bir mənzərə yerli südçülük istehsalının gücləndirilməsi məsələsini daha da aktuallaşdırır".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub