Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı” istəmədiyini deyib.
Mynews.az Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:
"Artıq neçə toydur "Vağzalı” ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici mahnı, mənşəyi bilinməyən mahnılar – bəy və gəlin bununla içəri daxil olur. Amma "Vağzalı”nı unutmaq olmaz. Bir vaxtlar muğam da belə idi. Birinci xanım Mehriban Əliyeva muğamı yenidən ayağa qaldırdı və dünyaya tanıtdı.
Bu gün muğam ifaçıları "Vağzalı”nı unutdurmağa şərait yaradırlar. Gözəl oxuyurlar, ifalar qəşəngdir. Amma "Vağzalı”nın yeri başqadır. Çox xahiş edirəm, heç olmasa toyda əvvəldə 15 dəqiqə oxunsun”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub