WUF13 zamanı nəqliyyatın təşkili baxımından "yaşıl dəhliz” prinsipi tətbiq olunacaq.
Bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
O bildirib ki, xüsusi ayrılmış marşrutlar üzrə fasiləsiz hərəkət təmin ediləcək, zəruri hallarda yol kəsişmələrində prioritet keçid veriləcək, iştirakçıların vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması təmin olunacaq: "Bu məqsədlə müvafiq tədbirlər görüləcək, həm yol hərəkətinin təşkili, həm də təhlükəsizlik tədbirləri paralel şəkildə həyata keçiriləcək. Eyni zamanda, tədbirin açılış günü, 18 may tarixində hərəkətin intensivliyi nəzərə alınaraq bəzi istiqamətlərdə müvəqqəti dəyişikliklər edilə bilər. Bu dəyişikliklər əsasən yüksək səviyyəli qonaqların və rəsmi nümayəndə heyətlərinin hərəkətini təmin etmək məqsədi daşıyır. Lakin ümumilikdə yolların tam bağlanması nəzərdə tutulmur, yalnız zəruri hallarda qismən istiqamət dəyişiklikləri tətbiq oluna bilər”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub