M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mynews.az-a bildirilib ki, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.
Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.
1
Sentyabrdan bir neçə dərslik yenilənəcək
594 dəfə oxunub
2
Könül Kərimovanın adı cinayət işində hallanır
567 dəfə oxunub
3
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
258 dəfə oxunub
4
Pegasus Rusiyaya uçuşları bərpa etdi
199 dəfə oxunub
5
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
196 dəfə oxunub