Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
Mynews.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami” metro stansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq. Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” metro stansiyası təyin ediləcək.
Bununla da M6 nömrəli ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını əlaqələndirəcək.
1
Azərbaycanda Anım Günüdür
371 dəfə oxunub
2
Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkı ziyarəti ilə bağlı PAYLAŞIM
360 dəfə oxunub
3
Şuşa şəhərində Anım Günü qeyd edildi
342 dəfə oxunub
4
Bəzi yerlərdə leysan yağır
301 dəfə oxunub
5
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - DOSYE
295 dəfə oxunub