Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür.
Mynews.az xəbər verir ki, bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.
Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib. Vətən müharibəsi həm də xalq-ordu-iqtidar birliyinin bütün dünyada ən nümunəvi təcəssümü kimi yadda qalıb.
Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı hərbçi isə itkin düşüb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
1
Sərhəd Qoşunlarının ilk komandanı vəfat etdi
376 dəfə oxunub
2
Sabahdan bu yollar bağlanır - Siyahı
365 dəfə oxunub
3
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
365 dəfə oxunub
4
“Formula-1” ilə əlaqədar 26 marşrutun hərəkət sxemi dəyişdiriləcək
319 dəfə oxunub
5
Bakı aeroportunda sərnişin axınına görə YENİ QƏRAR
313 dəfə oxunub