Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib.
Mynews.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb.
Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəsi verilib.
1-ci dərəcəli kapitan rütbəsi digər qoşun növlərindəki polkovnik rütbəsinə bərabərdir. Bundan sonrakı pillə kontr-admiral ali rütbəsidir.
Qeyd edək ki, Xaliq İbrahimov Vətən müharibəsində Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi xidmət edib. O, bir neçə rayonumuzun, eləcə də Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsi əməliyyatlarında iştirak edib. Müharibədən sonra Prezidentin Sərəncamı ilə İbrahimova Vətən Müharibəsi Qəhrəmanı adı verilib, o, həmçinin "Cəbrayılın azad edilməsinə görə”, "Xocavəndin azad edilməsinə görə”, "Füzulinin azad edilməsinə görə” və "Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunub.
Hazırda 41 yaşlı 1-ci dərəcəli kapitan Hərbi Dəniz Qüvvələrinin (HDQ) tabeliyindəki hərbi hissələrdən birinin komandiridir.
1
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
418 dəfə oxunub
2
"Azərbaycanın gələcəyi elmdə və dünyəvi düşüncədədir"
385 dəfə oxunub
3
“Roşka”ya hökm oxundu - 16 ay həbsdə qalacaq
352 dəfə oxunub
4
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
283 dəfə oxunub
5
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
281 dəfə oxunub